Müştəriyə göndərdiyiniz təklif, hesab-faktura və ya bildiriş çatmırsa, problem çox vaxt məktubun özündə yox, domenin ayarlarındadır. Gmail, Yahoo və Microsoft (Outlook) son illərdə qaydaları sərtləşdirib: domenin kimliyini təsdiqləməyən məktublar ya spam qovluğuna düşür, ya da ümumiyyətlə qəbul edilmir. Tələblər əvvəlcə gündə minlərlə məktub göndərənlərə tətbiq olundu, amma praktikada kiçik şirkətlərin məktublarına da təsir edir.
Hər biznes domenində üç qeyd olmalıdır:
- SPF sizin adınızdan hansı serverlərin məktub göndərə biləcəyini göstərir.
- DKIM hər məktuba rəqəmsal imza əlavə edir və onun yolda dəyişdirilmədiyini sübut edir.
- DMARC yoxlamadan keçməyən məktublarla nə edilməli olduğunu müəyyən edir və sizə hesabat göndərir. Bu, domeninizin adından saxta məktub göndərilməsinin də qarşısını alır.
Ən çox rast gəldiyimiz səhvlər: bir domen üçün iki ayrı SPF qeydi, sonradan qoşulmuş xidmətin (CRM, bülleten sistemi) SPF-ə əlavə olunmaması, DKIM-in yalnız bir xidmətdə aktiv olması və DMARC-ın ümumiyyətlə olmaması. Domeninizin vəziyyətini Google Admin Toolbox və MXToolbox kimi pulsuz alətlərlə yoxlaya bilərsiniz.
Coresoft-dan dəstək
Coresoft komandası şirkətlər üçün korporativ poçt qurur: öz poçt serveriniz, həmçinin Google Workspace, Microsoft 365 və Zoho Mail üzərində. SPF, DKIM və DMARC ayarlarını düzgün qurur, məktubların çatdırılmasını yoxlayır və köhnə poçtdan köçürməni işinizi dayandırmadan həyata keçiririk. Bu xidmətdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.








