Dünyada trend olan süni intellekt araşdırma üsulu artıq Azərbaycanda da aktivləşib.
Süni intellekt araşdırma şirkəti tərəfindən hazırlanan “Chat GPT” insan dilini başa düşə və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilən süni intellekt “chatbot”unun prototipidir.
Bununla istifadəçilər süni intellektdən kompüter proqramlarını yazmaq və aradan qaldırmağı, esse, şeir və ya skript yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi, musiqi, teletamaşa, nağıl və tələbə inşalarını tərtib etməyi və s. istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verə və ya kodlaşdırma problemlərini həll edə bilər.
Qeyd edək ki, dünyada məşhurlaşan “Chat GPT” ilə bağlı araşdırmaların nəticəsi olaraq onun gələcəkdə yaradıcı insanların işini kifayət qədər azaldacağı və hətta onları işsiz qoyacağı haqda da ehtimallar var.