Coresoft MMC

ChatGPT "Google"un 180 min dollarlıq proqramist müsahibəsini uğurla keçib

15 Fevral, 2023

ChatGPT "Google"un 180 min dollarlıq proqramist müsahibəsini uğurla keçib

Google komandası süni intellektə əsaslanan ChatGPT çatbotunu bəzi sınaqlardan keçirib. Onlardan biri proqramist vəzifəsi üçün hazırlanmış müsahibə idi. CNBC-dəki xəbərə görə, ChatGPT proqramçı müsahibəsindən uğurla keçib. “Google”da L3 və ya üçüncü səviyyəli proqramist ildə təxminən 180 min dollar maaş alır. ChatGPT “Google”un kodlaşdırma ilə bağlı suallarını düzgün cavablandırdı. Qeyd edək ki, sözügedən test LaMDA və “ChatGPT”ni müqayisə etmək üçün edilib. Mütəxəssislər çatbota bəzi suallar verib və ondan müxtəlif tapşırıqları yerinə yetirməsini istəyiblər. Ondan həmçinin süni intellektin proqramistləri (developerləri) əvəz edib-etməyəcəyi soruşulub.

ChatGPT buna mənfi cavab verib. Çatbotun fikrincə, neyron şəbəkə texnologiyaları yalnız müəyyən tapşırıqlar üçün faydalıdır və insanların malik olduğu tənqidi düşüncə və yaradıcılıq qabiliyyətləri yoxdur. Həmçinin, “ChatGPT”nin effektiv işləməsi üçün insan nəzarəti və istiqamət tələb olunur.