Coresoft MMC

Whatsapp-a yaxın zamanda bir sıra faydalı funksiya əlavə ediləcək

13 Noyabr, 2022

Whatsapp-a yaxın zamanda bir sıra faydalı funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları messencerə bir sıra faydalı funksiyanı əlavə etməyə hazırlaşırlar. Birinci yenilik Companion Mode rejimi adlanır. Bu rejim artıq messencerin beta versiyasında test edilir. Companion Mode rejimi messenceri eyni anda bir neçə smartfonda istifadə imkanını verəcək. Bu rejim çərçivəsində istifadəçinin əlavə smartfonları messencerə qoşması halında messencerdəki bütün çat tarixçələri digər smartfonlarda avtomatik olaraq sinxronlaşdırılacaq. Yəni çatlar bütün smartfonlarda görünəcək. Companion Mode rejimindən əlavə olaraq Whatsapp-ın 2.22.24.18 nömrəli beta versiyasında messencerin Android planşetlərdə dəstəklənməsi səhifəsi aşkar edilib. Messencerin Android planşetlərdə dəstəklənməsi yaxın zamanda reallaşdırılmalıdır.

 Bu platforma müxtəlif məhsulların satışa çıxarılması üçün şirkətin digər brendlər ilə əməkdaşlığına istiqamətlənib. Xiaomi bu cür tendensiyadan artıq uzun illərdir ki, istifadə edir və onun ekosisteminə çoxlu sayda müxtəlif brendlər və məhsullar daxildir. Maraqlısı ondadır ki, sözügedən təşəbbüsü işə salmazdan öncə OnePlus öz istifadəçiləri arasında sorğu keçirdib və həmin sorğu çərçivəsində istifadəçilərdən şirkətin hansı istiqamətdə yeni məhsulunun satışa çıxarılması soruşulub. Nəticədə istifadəçilərin çoxu məhz mexaniki klaviaturaya üstünlük veriblər. Analitiklərin fikirlərinə əsasən şirkət özü üçün uğurlu şəkildə yekunlaşmış 2022-ci ilin fonunda müxtəlif məhsullarla təcrübələr aparmağı hədəfləyib.