Coresoft MMC

Sayt hazır oldu, bəs sonra? Müntəzəm texniki dəstəyin 5 vacib işi

22 Sentyabr, 2026

Sayt hazır oldu, bəs sonra? Müntəzəm texniki dəstəyin 5 vacib işi

Çox şirkət saytı istifadəyə verəndən sonra ona yalnız problem çıxanda baxır. Halbuki problemlərin çoxu müntəzəm baxım olsa, heç yaranmazdı. Texniki dəstəyə daxil olmalı olan əsas işlər bunlardır.

1. Yeniləmələr. Server proqramları, PHP və ya Node.js, CMS və plaqinlər vaxtında yenilənməlidir. Hücumların çoxu çoxdan məlum olan, amma yenilənməmiş boşluqlar üzərindən baş verir.

2. Ehtiyat nüsxələr. Avtomatik backup qurulmalı, nüsxələr ayrıca yerdə saxlanmalı və bərpa vaxtaşırı yoxlanmalıdır. Bu barədə 3-2-1 qaydası haqqında yazımızda ətraflı danışmışıq.

3. Monitorinq. Saytın əlçatanlığı, server resursları və SSL sertifikatının müddəti izlənməlidir ki, problem müştərilərdən əvvəl görünsün.

4. Təhlükəsizlik yoxlamaları. Loglarda şübhəli fəaliyyət, serverdə naməlum fayllar və admin hesablarına giriş cəhdləri vaxtaşırı yoxlanmalıdır.

5. Kiçik dəyişikliklər və inkişaf. Yeni səhifə, forma və ya funksiya ehtiyacı daim yaranır. Bunları saytı tanıyan komandanın etməsi həm sürətli, həm də təhlükəsizdir.

Coresoft-dan dəstək

Coresoft saytlar və serverlər üçün aylıq texniki dəstək göstərir: yeniləmələr, ehtiyat nüsxələr, monitorinq və təcili hallarda müdaxilə. Bu xidmətdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.