Coresoft MMC

Server məlumatlarınızın ehtiyat nüsxəsi varmı: 3-2-1 qaydası

08 Aprel, 2026

Server məlumatlarınızın ehtiyat nüsxəsi varmı: 3-2-1 qaydası

Bir çox şirkət ehtiyat nüsxənin (backup) nə qədər vacib olduğunu məlumatlar itəndə anlayır. Server diski sıradan çıxa, sayt hücuma məruz qala, işçi vacib qovluğu səhvən silə bilər. Belə hallarda işi bir neçə saata bərpa etmək ancaq düzgün qurulmuş backup sayəsində mümkündür.

3-2-1 qaydası

Məlumatların ən azı 3 nüsxəsi olmalıdır: əsas məlumat və iki ehtiyat nüsxə. Bu nüsxələr 2 fərqli daşıyıcıda saxlanmalıdır, məsələn serverin diskində və ayrıca yaddaş xidmətində. 1 nüsxə isə mütləq başqa yerdə olmalıdır: başqa data mərkəzində və ya bulud yaddaşında. Belə olduqda bir hadisə bütün nüsxələri eyni anda məhv edə bilmir.

Tez-tez buraxılan səhvlər

Ən çox gördüyümüz problem backup-ın eyni serverdə saxlanmasıdır: server sıradan çıxanda nüsxə də onunla gedir. İkinci səhv backup-ın heç vaxt yoxlanmamasıdır. Nüsxədən bərpa vaxtaşırı sınaqdan keçirilməlidir, yoxsa lazım olan gün faylların zədəli olduğu üzə çıxa bilər. Üçüncüsü verilənlər bazasının unudulmasıdır: yalnız faylları deyil, bazanı da saxlamaq lazımdır.

Fidyə proqramlarına (ransomware) qarşı ən azı bir nüsxəni serverdən birbaşa dəyişdirilə bilməyən yerdə saxlamaq tövsiyə olunur.

Coresoft-dan dəstək

Coresoft serverlər üçün avtomatik ehtiyat nüsxə sistemi qurur, nüsxələrin ayrıca yerdə saxlanmasını və bərpanın müntəzəm yoxlanmasını təşkil edir. Bu xidmətdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.