Coresoft MMC

SMM xidməti

SMM xidməti

Sosial media marketinq günümüzün və gələcəyin ən effektiv reklam modellərindən biridir. Bu səbəbdəndir ki, SMM xidməti dünyanın tanınmış brendləri tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Minimum reklam xərci, maksimum tanınırlıq bu reklam növünun başlıca xüsusiyyətləridir. SMM şirkəti olaraq Sosial platformada biz ümumi bir kütlə yerinə sizin məhsullara daha uyğun insanları tapıb reklamınızı onlara çatdırırıq. Məsələn, əgər siz uşaq geyimi mağazası sahibisinizsə biz sizin reklamlarınızı evli və ya valideyn olmuş insanlara göstəririk. Bu da sizi əlavə büdcə xərclərindən azad etmiş olacaq. Bizim digər SMM şirkətləri ilə müqayisədə fərqimiz bizim hədəfimizin sadəcə sosial media deyil, bizneslərin ümumi marketinq fəaliyyətinin gücləndirilməsinə yönəlməsidir. Bir çox platformalarda əlaqəli şəkildə onlayn reklam faəliyyəti adətən qarşımıza qoyduğumuz hədəfə daha tez çatmağa imkan yaradır.

Bizim SMM xidmeti sizin sosial media hesablarınızın idarəsi, səhifələrin peşəkar formada yaradılması, postların hazırlanması, ödənişli reklamlar, professional foto və videoların çəkilişi və s. daxildir. Hesabların idarə edilməsinə nisbi idarəetmə və ya tam cavabdehliyi ələ almaq daxildir. SMM xidmətinin qiyməti sosial media hesablarında görüləcək işlərin həcminə görə dəyişə bilər. Ancaq ümumi olaraq SMM xidməti zamanı potensial olaraq görülə biləcək aşağıdakı işləri qeyd edə bilərik:

Sosial media hesablarının idarə edilməsi

  1. Biznesinizin rəqiblərinizə və fəaliyyət göstərdiyiniz sahəyə dair həm beynəlxalq, həm də yerli şirkət nümunələrinə əsasən qiymətləndirilməsi və buna uyğun olaraq, xüsusi bir SMM planının tərtib olunması;
  2. Facebook, Instagram, Twitter, LinkedIn, Youtube platformalarında biznes hesabların yaradılması və idarə olunması;
  3. Sosial media hesabları üçün professional profil, cover və şüar şəkillərinin hazırlanması;
  4. Biznesinizə dair müvafiq informasiyaların hesablarınıza əlavə edilməsi;
  5. Təklif etdiyiniz xidmətlərə dair uyğun bölmələrin yaradılması, dizayn edilməsi və məlumatların yerləşdirilməsi;
  6. SMM xidmeti zamanı hər bir sosial media platformasında məhsul və xidmətlərinizə dair müvafiq bölmələrin əlavə olunması, dizayn edilməsi, məlumatların yerləşdirilməsi və funksiyalardan maksimal dərəcədə effektiv istifadə olunması;
  7. Paylaşımların sayı müştəri ilə əvvəlcədən razılaşdırılır;
  8. Paylaşımlarda dizayner tərəfindən dizayn edilmiş, keyfiyyətli şəkil və videolardan istifadə olunması;
  9. Slide show-ların, 2d və 3d animasiyların və peşəkar səsləndirmə ilə müxtəlif formalarda video roliklərin hazırlanması;
  10. Paylaşımlarda rus və ingilis dillərinə də yer verilməsi;
  11. Bayram və digər xüsusi günlərə aid xüsusi paylaşım edilməsi;
  12. 100 000-lik izləyici kütləsinə malik Instagram səhifəsində ödənişsiz reklam edilməsi;
  13. Ödənişli saytlardan sərfəli qiymətə çox keyfiyyətli və tamamilə unikal şəkillərin alınması;
  14. SMM agentliyi tərəfindən sosial media hesablarının izləyici sayının müxtəlif vasitələrlə artırılmsı;
  15. Əlaqə vasitələrinizə dair məlumatların bütün paylaşımlarda qeyd olunması;
  16. Şirkətiniz və xidmətləriniz haqqında düzgün, lakonik, informativ və kreativ paylaşımların hazırlanması;
  17. Səhifədə interaktivliyi artırmaq və insanların maraq dairəsində olacaq paylaşımlara yer verilməsi;
  18. Paylaşım və hesablarınıza düzgün hədəf kütləsinin cəlb edilməsi;
  19. Daha geniş kütləyə xitab etmək və onların maraq dairəsinə daxil olmaq məqsədi daşıyan kampaniyaların hazırlanması və idarə olunması;
  20. Daxil olan müraciətlər üçün avtomatik cavablandırma sisteminin tətbiqi, daha sonra isə onların cavablandırılması və ya yönləndirilməsi;
  21. 4 qat full HD kamera ilə professional foto və video çəkiliş edilməsi, müxtəlif effektlərin tətbiqi və montaj olunnası;
  22. Ay ərzində həyata keçirilən fəaliyyətlərə dair aylıq hesabatların təqdim olunması.

 

Sosial media hesablarında reklam

  1. Biznesinizə və müştəri hədəf kütlənizə uyğun düzgün reklam formalarının təyin olunması.
  2. Reklamın məzmununa müvafiq və diqqət çəkən mətnin yazılması.
  3. SMM xidmeti zamanı reklam üçün biznesinizə uyğun müştəri hədəf kütləsinin təyin olunması.
  4. Reklam zamanı Cross-Marketinq, Lookalike, Retargeting, Custome Audience və s. elementlərinin strateji məqsədlər üçün istifadə edilməsi (Əksər SMM şirkətlərindən fərqli olaraq biz SMM-i dizaynerin müxtəlif formalarda şəkil və ya video hazırlamasından və SMM menecerin onu paylaşmasından ibarət qətiyyən hesab etmirik).
  5. Reklamların daha effektiv nəticələr verməsi üçün müvafiq düymələrin əlavə olunması.
  6. Reklam büdcənizin effektiv idarə olunması.
  7. Reklam xidmətlərimizin nəticələrinə dair aylıq hesabatların təqdim olunması.

 

Qeyd edək ki, yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək sizə aşağıdakı üstünlükləri qazandıracaq:

  1. Geniş bir kütlə sizin şirkətiniz haqqında məlumatlı olacaq;
  2. Müştəri hədəf kütlənizlə ünsiyyətdə olmaqla onlarda özünüzə qarşı inam yaradacaqsınız;
  3. Sosial mediadan istifadə edən insanların göz yaddaşında qala biləcək və ehtiyac olduqda onların sizi asanlıqla xatırlamasına imkan verəcəksiniz;
  4. Veb saytınıza və ya sosial media hesablarınıza baş çəkən istifadəçilərin sayını artıra biləcəksiniz;
  5. Müştərilərinizin təklif etdiyiniz xidmət və məhsullara dair təklifləri, şikayətləri, gözləntiləri barədə birbaşa olaraq onların özündən məlumat ala biləcəksiniz;
  6. Rəqib şirkətlərlə rəqabətdə daha rəqabətcil ola biləcəksiniz;
  7. Və nəhayət, satış həcmini artırmaqla gəlirlərinizi də artırmış olacaqsınız.