Coresoft MMC

OnePlus şirkəti öz ilk mexaniki klaviaturasını satışa çıxardacaq

13 Dekabr, 2022

OnePlus şirkəti öz ilk mexaniki klaviaturasını satışa çıxardacaq

 OnePlus şirkəti Keychron brendi ilə əməkdaşlıq elan edib. Sözügedən əməkdaşlıq çərçivəsində şirkət mexaniki klaviaturasını satışa çıxardacaq. Bu məhsul OnePlus üçün ilk belə bir təcrübə olacaq. OnePlus həmçinin OnePlus Featuring adlı platformasından da bəhs edib. Bu platforma çərçivəsində şirkət özü üçün standart olmayan məhsulları təqdim edəcək. Şirkətin ilk mexaniki klaviaturasının özəllikləri barəsində ətraflı məlumat verilməyib. Sadəcə olaraq məlumdur ki, klaviaturanı təkmilləşdirmək mümkün olacaq və o, 2023-cü ilin əvvəlində satışa çıxacaq. Sözügedən mexaniki klaviatura məhz OnePlus Featuring platforması çərçivəsində satılacaq.