
iHappy rəqəmsal hədiyyə kartlarının onlayn satışı üçün Coresoft tərəfindən hazırlanmış platformadır. İstifadəçi tərəfdaş brendlərdən birini seçir, hədiyyə kartına özəl mesaj və şəkil əlavə edir, alıcının telefon nömrəsini və ya e-poçtunu yazır və onlayn ödəniş edir.
Hədiyyəni alan şəxs telefonuna və ya e-poçtuna gələn QR kodla bir il ərzində müvafiq mağazada istədiyi məhsulu ala bilir. Platformada brendlər kataloqu, axtarış və istifadəçi kabineti var.
Veb-sayta keçid : ihappy.az