
Coresoft şirkəti tərəfindən "Caspian Valuation" MMC üçün müasir dizayna və inkişaf etmiş proqram təminatına malik veb-sayt hazırlanmışdır. Qeyd etmək lazımdır ki, "Caspian Valuation" MMC 2011-ci ildə daşınmaz əmlak bazarının qiymətləndirilməsi və ekspertizası, eləcə də müxtəlif əmlak növlərinin, o cümlədən daşınar əmlakların, bina və qurğuların, ixtisaslaşmış avadanlıqların, qeyri-maddi aktivlərin, qiymətli metallar və zinət əşyalarının, nəqliyyat vasitələrinin və digər subyektlərin qiymətləndirilməsi üzrə ixtisaslaşmış ekspertlər tərəfindən təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır.
Veb-sayta keçid : caspianvaluation.az