Google gələn həftə xüsusi tədbir keçirdəcək və həmin tədbir çərçivəsində axtarış və süni zəka texnologiyaları barəsində danışacaq. Planlaşdırılan tədbir Parisdə baş tutacaq. Tədbirin keçirilmə tarixi isə 8 fevraldır. 8 fevral tarixində baş tutacaq tədbir çərçivəsində Google süni zəka imkanları vasitəsilə axtarış, analiz və insanların məlumatlarla qarşılıqlı əlaqələrini necə dəyişəcəyi barəsində danışacaq. Bununla yanaşı şirkət bildirib ki, məlumatları axtarmaq prosesi əvvəlkindən daha təbii və intuitiv olacaq. Qeyd etmək lazımdır ki, keçən ilin sonunda istifadəyə verilmiş süni zəka əsaslı ChatGPT çat-botu Google şirkətinin narahatçılığına səbəb oldu.